Qapının kilidini təkrar-təkrar yoxlamaq nəyin əlamətidir?

Qapının kilidini təkrar-təkrar yoxlamaq nəyin əlamətidir? backend

Qapının kilidini davamlı olaraq yoxlamaq obsesiv-kompulsiv pozuntunun (OKP) əlaməti ola bilər.

Qaziler.az xəbər verir ki, bu barədə RT-yə klinik psixoloq Marianna Abravitova bildirib. Onun sözlərinə görə, OKP zamanı beyin insanın artıq yerinə yetirdiyi hərəkətləri, məsələn, qapını bağlamasını, yadda saxlamır.

“Əslində, qapının kilidini dəfələrlə yoxlamaq obsesiv-kompulsiv pozuntunun ritual formasının klassik təzahürüdür. Bu, patoloji şübhə sindromudur. Burada səbəb diqqətsizlik deyil, beynin yoxlama sisteminin fəaliyyətində yaranan pozuntudur”, — deyə Abravitova izah edib.

Psixoloq vurğulayıb ki, davamlı yoxlamalar beyinə narahatlığı yadda saxlamağı öyrədir və zaman keçdikcə bu narahatlıq daha da artır. Onun sözlərinə görə, bunun arxasında yüksək səviyyəli, davamlı məsuliyyət qorxusu və ya nəzarəti itirmək qorxusu dayana bilər.

QAZİLER.AZ