Niyə yeniyetmələr döymə etdirməyə istəklidir? – Psixoloqun izahı

Niyə yeniyetmələr döymə etdirməyə istəklidir? –  Psixoloqun izahı backend

"Yeniyetmələr daha çox özlərini ifadə etmək üçün döymə etdirirlər”.

Qaziler.az xəbər verir ki, bu barədə psixoloq Rafael Şafikov "Angarsky" nəşrinə bildirib. O qeyd edib ki, müəyyən bir qrupla əlaqəni vurğulamaq və ya özünü daha yetkin hiss etmək istəyi səbəblər arasında ola bilər.

"Əgər döymə etdirmək istəyi münaqişələr, emosional sarsıntılar fonunda qəfildən yaranıbsa və ya özünə xəsarət yetirmək, yaxud nümayişkaranə şəkildə özünü cəzalandırmaq meyli ilə müşayiət olunursa, bu, artıq başqa məsələdir. Belə bir vəziyyətdə valideynlər yeniyetmənin emosional durumuna daha diqqətlə yanaşmalı və ehtiyac yaranarsa, mütəxəssis köməyinə müraciət etməlidirlər", – deyə Şafikov bildirib.

Psixoloq vurğulayıb ki, valideynlər üçün əsas məqam döymə istəyinin özündən ziyadə, bu istəyin hansı şəraitdə ortaya çıxmasıdır. Onun sözlərinə görə, əgər yeniyetmə öz seçimini sakitcə izah edirsə, eskiz üzərində uzun müddət düşünübsə və bunun nəticələrini anlayırsa, çox narahat olmağa ehtiyac yoxdur.

QAZİLER.AZ