Ekspertlərdən həyati xəbərdarlıq: İnsult və infarkt riskini azaldan qidalanma qaydaları

Ekspertlərdən həyati xəbərdarlıq: İnsult və infarkt riskini azaldan qidalanma qaydaları backend

Trombların (qan laxtalarının) yaranması insult və infarkt kimi ciddi ürək-damar xəstəliklərinə birbaşa səbəb olduğu üçün təcili tibbi müdaxilə tələb edə bilər.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu riskləri minimuma endirməyin ən effektiv yollarından biri balanslaşdırılmış qidalanmadır. Damarlarda iltihabın qarşısını almaq və ürək-damar sistemini qorumaq üçün bəzi qidalardan mütləq uzaq durmaq lazımdır.

Rasiondan çıxarılmalı olan zərərli qidalar

  • Nişasta və rafinə olunmuş karbohidratlar: Ağ çörək, kartof qızartması (fri) və müxtəlif şirniyyat məmulatları kimi nişasta ilə zəngin qidalar qanda şəkərin səviyyəsini kəskin qaldırır və damarlarda iltihab prosesini stimullaşdırır.
  • Şəkər: Həddindən artıq şəkər istehlakı insulin dirəncinə, metabolik disfunksiyaya və piylənməyə yol açır. Bu halların hər biri xroniki iltihabla müşayiət olunur.
  • Duz: Duzun böyük miqdarda qəbulu qan təzyiqini (arterial təzyiq) yüksəldir. Bu isə damarların yükünü artıraraq onların zədələnməsinə şərait yaradır.

Zərərli qidaları nə ilə əvəz etməli?

Əgər canınız şirniyyat istəyirsə, aşağıdakı faydalı alternativlərə üstünlük verməyiniz tövsiyə olunur:

Yüksək kakao tərkibli (ən azı 70%) tünd şokolad.

Meyvələr, xüsusən də giləmeyvələr antioksidantlarla zəngindir.

Bal şirəsi ilə örtülmüş və ya sadəcə çiy olan qoz-fındıq sağlam yağlar və vitaminlər ehtiva edir.

QAZİLER.AZ