Boynu “xırçıldatmaq” sağlamlıq üçün hər zaman təhlükəli deyil.
Qaziler.az xəbər verir ki, bunu nevroloq, neyrofizioloq Valeri Novoselov deyib. O qeyd edib ki, boyundakı xırçıltı orqanizmin fizioloji xüsusiyyəti ola bilər.
"Əgər insan bununla özünü daha yaxşı, daha rahat hiss edirsə, yəni bu vərdiş bədəninin fiziologiyası baxımından onun üçün uyğundursa, onda niyə də yox? Əgər bu, patoloji xarakter daşıyırsa, məsələn, insan boynunu xırçıldadır və qəfildən huşunu itirirsə, bu, artıq tamamilə başqa bir haldır", - deyə Novoselov izah edib.
Nevroloq vurğulayıb ki, huşun itməsi beynin dərin və gövdə strukturlarını qidalandıran arteriyalardakı problemlərdən xəbər verə bilər. Belə bir halda o, mütəxəssisə müraciət etməyi məsləhət görüb.
QAZİLER.AZ

