Qaraciyər bədən üçün zərərli olan bütün toksinləri toplayan bir filtr sistemi kimidir. Buna görə də onu əla vəziyyətdə saxlamaq məsləhətdir.
Sağlam qaraciyər istəyirsinizsə, onu çox miqdarda toksinlə "qidalandırmamaq" tövsiyə olunur.
Qaziler.az xarici mətbuata istinadən qaraciyərin təmizlənməsi və detoksifikasiyası üçün ən təsirli qidaların siyahısını təqdim edir.
Sağlam qaraciyərə sahib olmağınıza kömək edəcək bəzi qidalar bunlardır:
Sarımsaq - qaraciyəri təmizləyir və qoruyur;
Qreyfrut - detoksifikasiya üçün ən təsirli qidalardan biridir;
Yerkökü və çuğundur - qaraciyərin fəaliyyətini dəstəkləyir;
Yaşıl çay - qaraciyərdən yığılmış yağları təmizləyir və qoruyur;
Yaşıl tərəvəzlər - qaraciyəri təmizləyir və qoruyur;
Avokado - qaraciyərin detoksifikasiya potensialını artırır;
Gül kələmi və brokoli - qaraciyəri xərçəngdən qoruyur;
Limon və laym - qaraciyərdən toksinləri tez bir zamanda təmizləyir;
Qoz-fındıq - toksinləri təmizləyir və qaraciyər xəstəliklərinin qarşısını alır;
Sarıkök - qaraciyərin detoksifikasiya potensialını artırır, zədələnmiş hüceyrələri cavanlaşdırır, öd istehsalını artırır və normal öd kisəsi funksiyasını təşviq edir.
QAZİLER.AZ

