Rusiyalı dietoloq və endokrinoloq Oksana Mixaleva bəyan edib ki, kəskin şəkildə tərləmə təhlükəli xəstəliklərin əlaməti ola bilər.
Qaziler.az bildirir ki, avqustun 6-da "Lenta.Ru" ilə söhbətində o qeyd edib ki, güclü tərləmə təşviş pozuntuları, o cümlədən panik ataklar ilə bağlı ola bilər. Tutma (ataki) zamanı simpatik sinir sistemi aktivləşir, bunun ucbatından insan hətta tam sakitlik vəziyyətində belə qəfildən tərə batır. Adətən bu proses sürətli ürək döyüntüsü, əsmə (titrəmə), hava çatışmazlığı və qorxu hissi ilə müşayiət olunur.
Bundan əlavə, mütəxəssis qeyd edib ki, yüksək tərləmə diabetdən əziyyət çəkən insanlarda qanda şəkərin səviyyəsinin kəskin şəkildə aşağı düşməsi zamanı, həmçinin vərəm və xroniki virus xəstəlikləri də daxil olmaqla bir sıra infeksiyalar zamanı baş verir. Belə hallarda, bir qayda olaraq, yüksək temperatur, halsızlıq və digər iltihab əlamətləri özünü büruzə verir.
Bəzən həddindən artıq tərləmə ciddi daxili xəstəliklərin əlaməti ola bilər.
Həkim vurğulayıb ki, soyuq, yapışqan tərlə birlikdə sinə ağrısı, nəfəs darlığı, şiddətli zəiflik və ya başgicəllənmə kəskin ürək-damar xəstəliyinin əlaməti ola bilər.
QAZİLER.AZ

