Buzlu içki sifariş edənlərin nəzərinə: İçində hansı bakteriyalar gizlənirmiş

Buzlu içki sifariş edənlərin nəzərinə:  İçində hansı bakteriyalar gizlənirmiş backend

İçkilərə qatılan buz bağırsaq infeksiyasına səbəb ola bilər.

Qaziler.az xəbər verir ki, bu barədə "lenta.ru"ya biotexnoloq Mariya Zolotareva məlumat verib. O qeyd edib ki, buna buz generatorlarında (buz düzəldən aparatlar) yaranan bakterial bioplyonka (bakteriya təbəqəsi) səbəb olur.

"Buz generatorlarında dondurma dövrləri arasındakı fasilələrdə isti və rütubətli mühit qorunub saxlanılır ki, bu da bakterial bioplyonkanın formalaşması üçün ideal şəraitdir. Mikroorqanizmlərdən ibarət bu çoxtəbəqəli, selikli ərp yaxalamaya, qurumaya, dondurulmağa və hətta dezinfeksiyaedici vasitələrə qarşı davamlıdır", – deyə Zolotareva bildirib.

Biotexnoloq vurğulayıb ki, bakteriyalar avadanlığın daxilində toplanır və nəticədə hər yeni buz porsiyası yoluxucu olur.

QAZİLER.AZ