Azərbaycanın kənd yerlərində həkimlərin sayı artırılacaq

Azərbaycanın kənd yerlərində həkimlərin sayı artırılacaq backend

Gələn ildən etibarən kənd yerlərində həkimlərin sayı artırılacaq.

Qaziler.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün strategiya" sənədində müddəa yer alıb.
Sənədə əsasən, işçi qüvvəsi ehtiyatları və kadr axınının illik göstəriciləri ilə bağlı mövcud vəziyyəti yaxşılaşdırmaq üçün 2016-2020-ci illərdə kənd yerlərində ilkin səhiyyə müəssisələrinin tibbi kadrlarla təminatı nəzərdə tutulur. Bununla da ilkin səhiyyə mütəxəssislərinin sayı artırılacaq.
İşin icrası Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub.
Diaspora