Dietoloq-nutrisioloq Sofiya Kovanova yoqurt seçərkən nələrə diqqət yetirməli olduğunuz barədə danışıb.
Qaziler.az bildirir ki, iyulun 29-da "aif.ru" saytına verdiyi müsahibədə o qeyd edib ki, sağlamlıq üçün faydalı olan yoqurtun tərkibində çox miqdarda əlavələr olmamalıdır.
Keyfiyyətli yoqurt şəkər, siroplar və çoxlu sayda qida əlavələri olmadan, yalnız süd və mayadan (şor mayası/zaqvatka) ibarət olmalıdır. Ekspertin sözlərinə görə, məhsulun üzərindəki “təbii” yazısı heç də həmişə onun yaxşı tərkibə malik olmasından xəbər vermir. Buna görə də seçim edərkən zülalın miqdarına (məhsulun hər 100 qramına ən azı 3–4 q), şəkərin miqdarına (maksimum 4–5 q), həmçinin inqrediyentlərin siyahısının maksimum dərəcədə qısa olmasına diqqət yetirmək lazımdır.
Ekspert həmçinin əlavə edib ki, şirin şariklər, müsli və digər qənnadı dolğuları olan yoqurtlar ağartı (turş süd) məhsullarından daha çox desertlər kateqoriyasına aid edilir.
QAZİLER.AZ

