Acqarnına saqqız çeynəmək həzm sisteminə yük yaradır.
Qaziler.az xəbər verir ki, bu barədə "Qazeta.Ru"ya həkim-qastroenteroloq Ruşan İsayev məlumat verib. O qeyd edib ki, bir dəfə çeynəmək ciddi fəsadlara yol açmaz.
"Ağız suyu aktiv şəkildə ifraz olunmağa başlayır, mədə şirəsinin ifrazı güclənir, həmçinin öd kisəsinin yığılması və bağırsağa öd ifrazı ilə bağlı bir çox proseslər işə düşür. Lakin bu zaman bədənə qida daxil olmadığı üçün həzm sistemi boşuna işləyir", — deyə İsayev bildirib.
O vurğulayıb ki, acqarnına müntəzəm olaraq saqqız çeynədikdə, həssas mədəsi olan insanlarda qarnın yuxarı nahiyəsində narahatlıq və ya ağrılar, qıcqırma və ürəkbulanma yaranır. Onun sözlərinə görə, qastrit, xora xəstəliyi, qastroezofageal reflüks xəstəliyi və mədə turşuluğu yüksək olan xəstələr üçün acqarnına saqqız çeynəmək xüsusilə təhlükəlidir.
QAZİLER.AZ

