Qastroenteroloq Aleksandr Prikazçikov mağazadan alınan və üzərinə lələk yapışmış toyuq yumurtalarını yumağın lazım olub-olmaması ilə bağlı mübahisələrə son qoyub.
Qaziler.az bildirir ki, o, öz fikirlərini Telegram kanalında paylaşıb.
Həkimin sözlərinə görə, yumurtaları bişirməzdən əvvəl yumağa ehtiyac yoxdur. "Əgər yumurta mağazadan alınıbsa, bütövdürsə, lakin üzərində lələk varsa, görünən çirki quru salfetlə ehtiyatla təmizləmək, daha sonra isə bişirmək olar", – deyə Prikazçikov əminliklə bildirib.
Həkim dəqiqləşdirib ki, çirkli kənd və ya ferma məhsullarını yumaq olar. Lakin bunu əvvəlcədən deyil, birbaşa bişirməzdən əvvəl etmək lazımdır. Əgər insan yumurtanı tam termiki emal etmədən yeməyi planlaşdırırsa, bu zaman yuyulmaya güvənmək əvəzinə, qabıqsız şəkildə maye halda satılan pasterizə olunmuş məhsul almaq daha yaxşıdır.
Prikazçikov onu da əlavə edib ki, ABŞ-ın Qida və Dərman Vasitələrinin Keyfiyyətinə Nəzarət İdarəsinin (FDA) tövsiyələrinə əsasən, yumurtaları düzgün saxlamaq, əl gigiyenasına riayət etmək və tam termiki emal aparmaq çox daha vacibdir.
QAZİLER.AZ

