Rusiyada yuxu həblərinin satışı rekord həddə çatıb

Rusiyada yuxu həblərinin satışı rekord həddə çatıb backend

Rusiyada 2025-ci ildə melatonin satışları təxminən 5 milyard rubla çatıb.

Qaziler.az “Baza” teleqram kanalına istinadla xəbər verir ki, 8 milyondan çox dərman paketi ümumilikdə 4,7 milyard rubla satılıb.

Yuxu həbinə ən böyük tələbat Sankt-Peterburqda qeydə alınıb — hər 10 min sakinə 472,65 qutu. Növbəti yerlərdə isə Maqadan vilayəti (461,89) və Murmansk vilayəti (424,52) gəlir.

Somnoloq (yuxu mütəxəssisi) Nadejda Burko xəbərdarlıq edib ki, melatoninin təhlükəsiz qəbul kursu bir ayı keçməməlidir — əks halda psixoloji asılılıq, baş ağrıları və gün ərzində halsızlıq yarada bilər. Bundan əlavə, preparat narahatlıq, depressiya və ya sirkadian ritm pozulması kimi yuxusuzluğun real səbəblərini gizlədərək, onların gedişatını daha da ağırlaşdıra bilər.

Həkim həmçinin qeyd edib ki, son illərdə Rusiyada yuxu üçün sedativ (sakitləşdirici) vasitələrin kütləvi istifadəsi artıb.  Həkim yuxu pozuntusunun ilk əlamətləri yarandıqda, reseptsiz preparatları özbaşına təyin etmək əvəzinə, mütəxəssislərə müraciət etməyi tövsiyə edib.

QAZİLER.AZ