Allergiya, yoxsa soyuqdəymə? Necə ayırd etmək olar?

Allergiya, yoxsa soyuqdəymə? Necə ayırd etmək olar? backend

Soyuqdəymə və allergiya arasındakı fərqi bilirsinizmi? Əminsiniz? Onları səhv salmaq çox asandır.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bunu Nyu-York Universitetinin pediatriya professoru Pol Erlix iddia edir. Erlix uzun illər allerqoloq həkim işləyib, lakin bütün biliklərinə rəğmən, günlərin bir günü özündə soyuqdəymə olduğunu düşündüyü halda, bunun allergiya çıxması ilə böyük bir şok yaşayıb.

"Bir neçə gün idi ki, burnum axırdı, pasiyentlərimdən biri mənə baxıb qəfildən qışqırdı: 'Ooo, axı sizdə allergiyadır!'", – deyə Erlix nəql edir. O vaxta qədər özü heç vaxt allergiya ilə qarşılaşmamışdı, lakin başqa bir həkim tərəfindən müayinə olunduqdan sonra pasiyentin haqlı olduğu üzə çıxdı. "Məndə çiçəklənən tozağacı ağacına qarşı allergiya aşkar olundu", – deyə həkim dəqiqləşdirib.

Soyuqdəymənin səbəbi virusdur, allergiya isə immun sisteminin tozcuqlar və ya ev heyvanlarının tükləri kimi konkret qıcıqlandırıcılara verdiyi reaksiyadır. Soyuqdəymə və allergiyanın burun axması və ya asqırma kimi bənzər simptomları olduğundan, bir çox insan onları bir-biri ilə səhv salır. Əgər nədən əziyyət çəkdiyinizi dəqiq bilsəniz, düzgün müalicə alar və beləliklə, xəstəlikdən daha tez xilas olarsınız.

Aşağıdakı hallarda sizdə böyük ehtimalla allergiyadır:

  • Selik şəffaf və ya suludur: Klivlend Klinikasının otolarinqoloq həkimi Maykl Benninqer bildirir ki, bu selik soyuqdəymədə olduğu kimi tündləşməyəcək və daha qatı hala gəlməyəcək.
  • Gözlərin yaşarması var: Soyuqdəymə zamanı bu simptoma nadir hallarda rast gəlinir.
  • Simptomlar dəyişməz qalır: Benninqer vurğulayır ki, allergiyalar ilk iki gündə intensiv şəkildə özünü göstərir, lakin sonrakı günlərdə də simptomlar eyni qalır.
  • Bir həftədən çoxdur asqırırsınız: Soyuqdəymə adətən 7-10 gün çəkir, allergiya isə bir neçə həftə boyu davam edir.
  • Simptomlar yalnız müəyyən vəziyyətlərdə yaranır: Hər bahar və ya payızda asqırırsınız? Bu, allergiyaların adi vaxtıdır (qrip və soyuqdəymə xəstəlikləri payızın sonunda və qışın əvvəlində ortaya çıxır). Yaxud özünüzü yalnız müəyyən yerlərdə, məsələn, pişiyin olduğu evdə pis hiss edirsiniz.

Aşağıdakı hallarda sizdə böyük ehtimalla soyuqdəymədir:

  • Öskürək, yüksək qızdırma, baş və əzələ ağrılarınız var: Soyuqdəymə simptomlarına səbəb olan 200-dən çox müxtəlif virus mövcuddur. Hətta bu halda belə, allergiyada öskürək, qızdırma və bədən ağrıları olmur. Yalnız bir istisna var: əgər sizdə astma varsa.
  • Simptomlar hər gün dəyişir: Hər şey burun axması və qızdırmanın yüksəlməsi ilə başlayır, sonra boğaz ağrısı, daha sonra isə öskürək və ya burun ətrafı ciblərdə (haymor boşluqlarında) ağrı yaranır.
  • Selik sarı, yaşıl və qatı nahiyəyə keçir: Leykositlər viruslarla mübarizə apardıqca selik rəngini dəyişir və qatılaşır.
  •  
  • QAZİLER.AZ