Ekspertlərin iddia etdiyinə görə, ərik gözləri xəstəliklərdən qoruyan, ürək və ürək-damar sisteminin fəaliyyətini dəstəkləyən qida maddələri ilə zəngindir.
Qaziler.az bildirir ki, obozrevatel.com yazır.
Əriyin tərkibində görmə qabiliyyətini yaxşılaşdıran və insan orqanizmindəki sərbəst radikalları neytrallaşdırmaq gücünə malik olan güclü bir antioksidant — kifayət qədər A vitamini var. Tədqiqatçılar 50 min tibb bacısının göz sağlamlığını öyrəniblər və nəticədə müntəzəm olaraq çox miqdarda A vitamini qəbul edən qadınlarda kataraktanın yaranma riskinin 40% azaldığını aşkar ediblər.
Qeyd etmək lazımdır ki, ərik meyvələrində A vitamininin provitamini olan karotinin miqdarı 1 mq-da 16%-ə qədərdir. Bizim ərazilərdə yetişən başqa heç bir meyvədə bu qədər karotin yoxdur. Beləliklə, bu meyvə yalnız dadlı deyil, həm də çox faydalıdır.
QAZİLER.AZ

