Həkim isti havada soyuq içkilərin təhlükələri barədə xəbərdarlıq etdi

Həkim isti havada soyuq içkilərin təhlükələri barədə xəbərdarlıq etdi backend

Həkim isti havalarda soyuq içkilərin bəzi insanlar üçün təhlükəli ola biləcəyini açıqlayıb

İsti havalarda soyuq içkilər bəzi insanlar üçün təhlükə yarada bilər.

Qaziler.az xəbər verir ki, bu barədə "Soft Medical Center" klinikasının qastroenteroloqu Tatyana Qolovçanskaya Lenta.ru-ya müsahibəsində deyib.

Onun sözlərinə görə, buz kimi soyuq su, dondurma və sərinləşdirici içkilər insanların əksəriyyəti üçün təhlükəsiz olsa da, soyuq qida və içkilərin qida borusunda spazm yaratdığı şəxslər bu məhsullardan istifadə etməməlidirlər.

Həkim bildirib ki, qida borusunun spazmı döş sümüyünün arxasında ağrı və ya sıxılma hissi ilə müşayiət oluna bilər. Bəzi hallarda udqunma çətinləşir, bəzən isə insanda qidanın qida borusunda ilişib qalması hissi yaranır.

Qolovçanskaya belə hallarla qarşılaşan şəxslərə suyu birbaşa soyuducudan içməməyi, həmçinin içkilərə çoxlu buz əlavə etməməyi tövsiyə edib.

QAZİLER.AZ