Xərçəng və ürək xəstəliklərinin qarşısını ala biləcək məhsul

Xərçəng və ürək xəstəliklərinin qarşısını ala biləcək  məhsul backend

Həkim xərçəng və ürək xəstəliklərindən qorunmağa kömək edən məhsulu açıqlayıb

Dietoloq və endokrinoloq Anton Polyakov xərçəng və ürək-damar xəstəliklərinin profilaktikasında pomidorun mühüm rol oynaya biləcəyini bildirib.

Qaziler.az bildirir ki, həkim aif.ru-ya açıqlamasında qeyd edib ki, pomidorun gündəlik qida rasionuna daxil edilməsi ürək, qan damarları və həzm sisteminin sağlamlığının qorunmasına töhfə verə bilər.

Onun sözlərinə görə, pomidor güclü antioksidant və şişəleyhinə xüsusiyyətlərə malik olan likopinlə zəngindir. Bundan başqa, pomidorun tərkibindəki yüksək miqdarda kalium qan damarlarının elastikliyinin qorunmasına və arterial təzyiqin normallaşmasına kömək edir.

Mütəxəssis əlavə edib ki, pomidorun tərkibində olan qida lifləri, üzvi turşular və bol maye bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Bu isə xüsusilə qəbizliyə meyilli insanlar üçün əhəmiyyətlidir.

Polyakovun sözlərinə görə, pomidorun tərkibindəki C vitamini immun sistemini gücləndirməyə də kömək edir.

QAZİLER.AZ