Məşhur bərbər yağlı saçlarla bağlı hamının doğru bildiyi mifi alt-üst etdi

Məşhur bərbər yağlı saçlarla bağlı hamının doğru bildiyi mifi alt-üst etdi backend

Saçları gec-gec yumaq baş dərisinin yağlılığını azaltmağa kömək etməyəcək, çünki piy vəzilərinin fəaliyyəti genetik olaraq proqramlaşdırılıb və onları başqa rejimə "öyrəşdirmək" qeyri-mümkündür.

Qaziler.az xəbər verir ki, bu barədə NEWS.ru saytına bərbər Yevgeni Giniyatulin bəyan edib. Onun sözlərinə görə, bu cür cəhdlər yalnız əks nəticəyə gətirib çıxaracaq.

"Hər bir insanın piy vəzilərinin fəaliyyət sürəti fərqlidir. Bu, genetik olaraq müəyyən edilir və yaşla bağlı dəyişir. İnsan yaşlandıqca vəzilər daha yavaş işləyir. Yaş keçdikcə daha az dəri piyi ifraz olunur və baş daha uzun müddət təmiz qalır. Saçları daha az yumaqla onların daha təmiz qalmasına nail olmaq mümkündürmü? Belə bir mexanizm mövcud deyil. Əgər baş dərisi çox piy ifraz edirsə, bu, ya onun fərdi normasıdır, ya da orqanizmdəki pozuntuların siqnalıdır. Vəzilərin sakitləşməsi üçün saçları daha az yumağa çalışmaq, yağlı üz dərisini daha az yağlı olacağına ümid edərək spirtlə silməyə bənzəyir. Nəticə tam əksinə olacaq", - deyə Giniyatulin izah edib.

Onun sözlərinə görə, yağlı dəri sahibləri zərif təmizləyici tərkibə malik yumşaq, sulfatsız şampunlara diqqət yetirməlidirlər. Ekspert qeyd edib ki, bu cür vasitələr saçın növünə görə deyil, məhz baş dərisinin tipinə görə seçilməlidir.

"Real olaraq vacib məqam şampunun düzgün seçilməsidir. Burada bir çox insanın diqqətdən qaçırdığı bir məqam var. Şampun saçın növünə və ya uzunluğuna görə deyil, baş dərisinin tipinə görə seçilməlidir. Saçın uzunluğunun buna heç bir aidiyyəti yoxdur. Şampun dəridə işləyir, saçın uzunluğuna isə biz yalnız köpüyü yayırıq. Əgər baş dərisi yağlıdırsa, dərini təmizləyən, lakin qurutmayan, tərkibində aqressiv sulfatlar olmayan yumşaq şampun lazımdır. Yağlı baş dərisinə sahib kişilər yumşaq təmizləyici bazası olan sulfatsız şampunlara diqqət yetirməlidirlər", - deyə Giniyatulin öz məsləhətlərini paylaşıb.

QAZİLER.AZ