Yaşıl rəngli suda çimmək zəhərlənməyə səbəb ola bilər.
Qaziler.az xəbər verir ki, bu barədə LIFE.ru saytına müsahibəsində əczaçılıq elmləri üzrə alim Mariya Zolotareva məlumat verib.
O qeyd edib ki, suyun bu cür rəng almasına sianobakteriyaların kütləvi şəkildə çoxalması səbəb olur.
"Sianobakteriyaların bəzi ştammları sianotoksinlər insan sağlamlığına mənfi təsir göstərə bilən bioloji aktiv maddələr ifraz edir", – deyə Zolotareva bildirib.
Alim vurğulayıb ki, bu cür maddələr qaraciyər hüceyrələrini zədələyərək qaraciyər çatışmazlığına yol aça bilər. Onun sözlərinə görə, bəzi toksinlər isə sinir impulslarının ötürülməsini pozur ki, bu da qıcolmalara və tənəffüsün dayanmasına səbəb ola bilər.
QAZİLER.AZ



