Beynin qocalmasını ləngidən HƏRƏKƏT

Beynin qocalmasını ləngidən  HƏRƏKƏT backend

İdman beynin qocalmasını ləngitməyə kömək edir.

Qaziler.az xəbər verir ki, bu barədə KP.RU saytına müsahibəsində həkim-nevroloq Anna Brusyanskaya məlumat verib. O qeyd edib ki, yetkin insanların həftədə təxminən 150 dəqiqə mülayim aktivliyə ehtiyacı var.

"Fiziki aktivlik neyronlar üçün bir növ "gübrə" rolunu oynayan xüsusi BDNF (brain-derived neurotrophic factor) maddəsinin ifrazını stimullaşdırır. Bu maddə yeni əlaqələrin böyüməsinə kömək edir, koordinasiyanı yaxşılaşdırır və beyni qocalmaqdan qoruyur" – deyə Brusyanskaya bildirib.

Nevroloq vurğulayıb ki, sürətli gəziş, üzgüçülük, yoqa və ya yüngül qaçış kimi idman növləri bunun üçün tam uyğundur. Onun sözlərinə görə, əsas şərt məşqlərin müntəzəm olmasıdır.

QAZİLER.AZ