Diş ağrısına dözmək təhlükəli fəsadlara yol açır – Həkimdən xəbərdarlıq

Diş ağrısına dözmək təhlükəli fəsadlara yol açır –  Həkimdən xəbərdarlıq backend

Ağız boşluğundakı ağrılara dözmək vərdişi dişlərin itirilməsi və ciddi xəstəliklərin inkişafı ilə nəticələnə bilər.

Qaziler.az xəbər verir ki, bu barədə "Lenta.ru"ya stomatoloq Artyom Koryakin bildirib. O qeyd edib ki, özünümüalicə və ağrıkəsici qəbulu mövcud problemləri daha da kəskinləşdirə bilər. Əgər diş təkcə soyuq və ya şirin qidaya kəskin reaksiya vermir, həm də mütəmadi ağrayırsa, buna səbəb kariyes, sinir iltihabı və ya kök ətrafındakı toxumaların iltihabı ola bilər.

Pasiyentlər tez-tez düşünürlər ki, həb qəbul etdikdən sonra vəziyyət yaxşılaşarsa, həkimə getməyi təxirə salmaq olar. Lakin ağrıkəsici dişi müalicə etmir, o, sadəcə bir neçə saatlıq simptomları aradan qaldırır, iltihab isə bu müddət ərzində inkişaf etməkdə davam edir.

Stomatoloq vurğulayır ki, bəzən pasiyentləri hətta diş ətinin şişməsi və xoşagəlməz dad belə qorxutmur. Lakin irinli ocaq sürətlə yanağın şişməsinə, temperaturun yüksəlməsinə, zəifliyə və artıq normal yeməyə, eləcə də yatmağa imkan verməyən kəskin ağrıya səbəb ola bilər: “Ən pis ssenari isə infeksiyanın üz və çənənin yumşaq toxumalarına keçməsi ilə baş verir. Belə vəziyyətdə artıq irinli şişin cərrahi yolla yarılması, antibiotik müalicəsi və xəstəxanaya yerləşdirmə tələb oluna bilər”, - deyə Koryakin xəbərdarlıq edib.

Onun sözlərinə görə, ilkin mərhələdə ağrı tez-tez yalnız qıcıqlandırıcılardan (soyuq, isti, turş, şirin) qaynaqlanır, lakin sonradan o, qəfil baş verir və gicgaha, qulağa və ya çənəyə vurur. Əgər bu ağrı dərmanlarla yatırılarsa, iltihab kök ətrafındakı toxumalara keçəcək ki, bu da kista, flüs və ya abseslə nəticələnə bilər. Erkən mərhələdə sadəcə kariyesin müalicəsi kifayət etdiyi halda, gecikmiş vəziyyətlərdə kanalların təmizlənməsi, qapaq (koronka) qoyulması, dişin çəkilməsi və ya implantasiya tələb olunacaq.

QAZİLER.AZ