Buludlu günlərdə belə dərini SPF kremi ilə qorumağı unutmaq olmaz, çünki ultrabənövşəyi şüalar buludlardan keçərək yanıqlara səbəb ola bilər.
Qaziler.az xəbər verir ki, bu barədə "NEWS.ru" saytına tanınmış diyetoloq, kosmetoloq və "Origiteya" klinikalar şəbəkəsinə təsisçisi Mariyat Muxina bildirib. Onun sözlərinə görə, təbii məhsullara üstünlük verənlər kokos və sarıkök yağlarından istifadə edə bilərlər.
"Gündən qorunma vasitələri qışda da, göy üzünün açıq və ya buludlu olmasından asılı olmayaraq vurulmalıdır. Ultrabənövşəyi şüalar buludların arasından belə keçir, aktiv oksigen formalarının parçalanmasına, oksidləşdirici stressə səbəb olur. Uzun müddət günəş altında qaldıqda isə hətta yanıqlar törədə bilər.
Buludlu gündə SPF 15–30, hava günəşli olduqda isə SPF 50 qoruyucu kremlərindən istifadə etmək olar. Kimyəvi tərkibli məhsullardan qaçan və təbii vasitələrə üstünlük verənlər isə kokos yağı ilə sarıkökün qarışığını çəkə bilərlər. Bu, əla təbii antioksidantdır. Havadan asılı olmayaraq dərini qorumaq mütləqdir, çünki hətta qədim misirlilər də bunun üçün düyü və jasmin ekstraktından istifadə edirdilər", - deyə Muxina qeyd edib.
QAZİLER.AZ



