Uşağın hantavirusa yoluxduğunu necə bilmək olar? - Həkim açıqladı

Uşağın hantavirusa yoluxduğunu necə bilmək olar? - Həkim açıqladı backend

“Hantavirusun simptomları adi kəskin respirator virus infeksiyasına (KRVİ) bənzəyə bilər”.

Qaziler.az xəbər verir ki, bunu Moskva Uşaq Sağlamlığı Elmi-Tədqiqat Klinik İnstitutunun direktoru Niso Odinayeva "360.ru" saytına müsahibəsində bildirib. O qeyd edib ki, bu infeksiya insanlara gəmiricilərin ifrazatları ilə qarışmış toz vasitəsilə ötürülür.

"Xəstəlik həmişə adi virus infeksiyası kimi görünür, buna görə də bir çox valideyn həkimə dərhal müraciət etmir. Lakin ağciyərlər zədələndiyi üçün tənəffüs çatışmazlığı çox sürətlə artır. Böyrəklər də zədələnə bilər, nəticədə uşaq daha az sidiyə çıxmağa başlayır, buna mütləq diqqət yetirmək lazımdır", – deyə Odinayeva xəbərdarlıq edib.

Həkim vurğulayıb ki, xəstəliyin kəskin fazası dörd-beş gün davam edir, ona görə də diaqnozun tez qoyulması çox vacibdir. Onun sözlərinə görə, müalicə yalnız ixtisaslaşdırılmış infeksion stasionarlarda aparılır.

QAZİLER.AZ