Dərmanları soyuducuda saxladıqda kimyəvi tərkibi dəyişir – Xəbərdarlıq

Dərmanları soyuducuda saxladıqda kimyəvi tərkibi dəyişir –  Xəbərdarlıq backend

Dərman preparatlarının böyük hissəsini soyuducuda saxlamaq olmaz, çünki onlar otaq temperaturunda saxlanmaq üçün nəzərdə tutulub.

Qaziler.az xəbər verir ki, bu barədə “kp.ru” saytına müsahibəsində terapevt Yelena Pavlova xəbərdarlıq edib.

Mütəxəssisin sözlərinə görə, əksər preparatlar temperaturu +15 ilə +25 dərəcə arasında olan, quru və işıq düşməyən yerdə saxlanmalıdır.

Həkim xəbərdarlıq edib ki, soyuducu dərmanlar üçün aqressiv mühitdir; yüksək rütubət, qapı açılarkən baş verən temperatur dəyişiklikləri və kondensatın (buxar damcılarının) yaranması onlara zərər verir.

"Rütubət blisterin (dərman qabının) və ya həbin daxilinə nüfuz edir, buna görə də onlar ovulmağa başlayır, üzəri təbəqə ilə örtülür, toz halında olan dərmanlar isə kəsəkləşir (topa halına gəlmək). Aktiv maddələr qidaların qoxusunu canına çəkə bilər və nəticədə siz dərman əvəzinə tərkibi məlum olmayan kimyəvi qarışıq əldə edərsiniz", — deyə o izah edib.

Həkim qeyd edib ki, soyuducuda saxlanmalı olan vasitələr də mövcuddur. Bura açılmamışdan əvvəl və açıldıqdan sonra insulinlər, vaksinlər və zərdablar, hazırlanmış suspenziya şəklində olan antibiotiklər, bəzi probiotiklər, ayrı-ayrı hormonal preparatlar və interferonlar, qablaşdırması açıldıqdan sonra göz və qulaq damcıları, həmçinin piyli əsasa malik rektal və vaqinal şamlar daxildir.

QAZİLER.AZ