Günəşdə "M" sinfinə aid iki güclü alışma qeydə alınıb.
Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının (REA) Kosmik Tədqiqatlar İnstitutunun (KTİ) Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Məlumatda deyilir ki, Günəş yeni həftəyə artan aktivliklə daxil olur. Bazar günü ard-arda M2.6 və M6.8 səviyyəli iki diqqətçəkən alışma qeydə alınıb.
Hər iki partlayış ulduzun şərq kənarındakı 4473 nömrəli ləkələr qrupunda müşahidə olunub və 3 iyundan bəri ən güclü alışma olub. Hazırda sözügedən bölgə Yer kürəsinə tərəf yönəlir və hələlik yeganə aktiv mərkəz olaraq qalır.
Qeyd edək ki, Günəşdəki partlayışlar rentgen şüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Burada A ən zəif, X isə ən güclü sinif hesab olunur. Bununla yanaşı, hər növbəti sinif gücün təxminən on dəfə artması ilə fərqlənir.
QAZİLER.AZ



