Odinsovo Mərkəzi Rayon Xəstəxanasının profilaktika şöbəsinin müdiri, həkim-terapevt Qalina Volkova bildirib ki, roniki yorğunluq zamanı həkimə müraciət etmək lazımdır. O qeyd edib ki, əgər bu vəziyyət bədən temperaturunun yüksəlməsi və ya limfa düyünlərinin böyüməsi ilə müşayiət olunarsa, mütəxəssis məsləhəti almaq xüsusilə vacibdir.
Qaziler.az xəbər verir ki, bu barədə o, 360.ru saytına müsahibəsində danışıb.
"Hipotireoz (yüksək TTH - tiroid stimullaşdırıcı hormon) zamanı yorğunluq əsas simptomlardan biridir. Qan şəkəri (qlükoza) və qlikoqlobin (qlikolizasiya olunmuş hemoqlobin) də bura daxildir. Şəkərin oynaması (tərəddüdləri) da yorğunluğa səbəb olur", - deyə Volkova bildirib.
Terapevt vurğulayıb ki, səbəbsiz çəki itkisi, həddindən artıq tərləmə və döş qəfəsindəki ağrılar da narahatlıq doğuran simptomlar olmalıdır. Onun sözlərinə görə, selikli qişaların vəziyyətinə və dərinin rənginə də diqqət yetirmək əsasdır.
QAZİLER.AZ



