Şokolad, karamel, pendir və istiot da daxil olmaqla, çoxlu sayda dad qatqıları olan popkorn ən zərərli növ hesab olunur.
Qaziler.az xəbər verir ki, bu barədə "aif.ru" saytına müsahibəsində dietoloq Anton Polyakova deyib. O bildirib ki, belə bir məhsuldan həddindən artıq istifadə etmək böyrək və ürək problemlərinə yol aça bilər.
"Popkorn tamamilə faydalı məhsul deyil, çünki çox miqdarda yağ istifadə edilməklə hazırlanır. Bir qayda olaraq, günəbaxan və ya qarğıdalı yağının tərkibində çoxlu miqdarda omeqa-6 olur. Bu isə öz növbəsində orqanizmdə iltihablanmanı artırır. Bundan əlavə, popkorn çoxlu sayda yüksək kalorili maddələri ehtiva edir. Əgər insan çox miqdarda duzlu popkorn qəbul edərsə, bu, böyrək və ürək-damar sisteminə düşən yükü artırır, həmçinin şişkinlik və allergiya riskləri yaradır", - deyə Polyakov vurğulayıb.
Onun sözlərinə görə, bol qatqılı, xüsusilə də şirin popkorn qida narkotiki kimi təsir göstərir: yağ, şəkər və duz qarışığı güclü şəkildə endorfinin ifrazına səbəb olur və neyromediatorların hasilatını dəyişir ki, bu da qidalanma davranışının pozulmasına gətirib çıxarır. Uşaqlarda isə bu, xüsusilə axşam saatlarında istehlak edildikdə, əhval-ruhiyyənin kəskin dəyişməsinə (əsəbiliyə) səbəb ola bilər.
QAZİLER.AZ



