İsti havada buzlu su içmək mədə-bağırsaq traktına ziyan vura bilər.
Qaziler.az xəbər verir ki, bunu "Radio 1"ə müsahibəsində nutrisioloq Alla Makarova deyib. O qeyd edib ki, həddindən artıq soyuq su orqanizmdə stress yaradır. Belə ki, bədən suyu təcili qızdırmaq üçün əlavə resurslar sərf etməli olur.
"Suyun bədən temperaturunda və ya ondan bir qədər isti olması daha yaxşıdır. Məşhur “iki litr” qaydasına əməl etmək mütləq deyil. Su normasını bu formula ilə hesablamaq olar: bədən çəkisinin hər kiloqramına 30–40 millilitr. İçərkən adi mineral sulara və ya limonlu, nanəli, darçınlı sulara üstünlük vermək tövsiyə olunur. Suyu birdəfəyə yarım litr yox, tez-tez və az-az içmək daha yaxşıdır", - deyə Makarova məsləhət görüb.
Mütəxəssis əlavə edib ki, isti havada şirin qazlı içkilər və mağaza şirələri içmək qətiyyən olmaz. Onların tərkibində bol miqdarda şəkər var və bu, orqanizmin susuzlaşmasına (dehidratasiyaya) səbəb olur.
QAZİLER.AZ



