Bu qidanı qarpızla əsla yeməyin! - Xəbərdarlıq

Bu qidanı qarpızla əsla yeməyin! - Xəbərdarlıq backend

Qarpızın pendirlə, xüsusən də brınza (şor pendir) və ya duzlu qoz-fındıqla kombinasiyası orqanizmdə suyun saxlanılması səbəbindən şişkinliyin yaranmasına gətirib çıxara bilər.

Qaziler.az xəbər verir ki, bu barədə "NEWS.ru"ya nutrisioloq Natalya Şipareva bildirib. Ekspert izah edib ki, bu məhsulların tərkibindəki duz giləmeyvənin sidikqovucu effektini çətinləşdirir.

"Qarpızın üzərinə duz qabı ilə duz tökən az adam tapılar, lakin onu pendirlə, məsələn, brınza və ya duzlu qoz-fındıqla qəlyanaltı etmək bir çoxları üçün klassikadır. Duz anındaca oyunun qaydalarını dəyişir. Natrium hüceyrəarası sahəyə suyu acgözlüklə çəkir və qarpızın bütün sidikqovucu potensialı duzlu əlavəni kompensasiya etməyə sərf olunur.

Belə bir duetin ardınca şişkinlik qaçılmazdır və burada günahkar qarpız yox, onun yanında olan yoldaşlarıdır.

Maraqlıdır ki, giləmeyvədəki kalium, yüngül sidikqovucu kimi təsir göstərərək artıq natriumu bədəndən çıxarmağa çalışır. Qarpıza duz əlavə etməsəniz və özünüzü ağlabatan bir porsiya ilə məhdudlaşdırsanız, səhər özünüzü daha yüngül hiss etmək şansınız yüksəkdir. insulin müqavimətinə meylli olmayan və orta dərəcədə duzsuz bir porsiya ilə qarpız yemək yüngül sidikqovucu kimi təsir edəcək”, -  deyə nutrisioloq qeyd edib.

QAZİLER.AZ