Boşanmadan sonra uşaqlara ən çox nə zərər vurur? - Psixoloqun izahı

Boşanmadan sonra uşaqlara ən çox nə zərər vurur? - Psixoloqun izahı backend

Valideynlərin boşanma zamanı və ondan sonrakə dövrdə bir-birinin ünvanına dediyi acıqlı, iynəli sözlər uşaqlara ciddi zərər vurur.

Qaziler.az xəbər verir ki, bu barədə “life.ru”ya psixoloq Yuliya Stolyarova məlumat verib. O qeyd edib ki, uşaqların hər iki valideyni sevmək ehtiyacı var.

“Valideynlərin yadlaşması” termini uşağın valideynlərdən birinə qarşı doldurulması prosesini ifadə edir. Bu, çox vaxt görüşməyə qoyulan birbaşa qadağalarla deyil, hər gün deyilən kiçik, zəhərli cümlələr vasitəsilə baş verir”,- Stolyarova bildirib.

Psixoloq vurğulayıb ki, uşaq bir valideyn haqqında mənfi məlumatları digər valideyndən eşitməməlidir. Onun fikrincə, uşaqlara hər iki valideynlə münasibətlərini müstəqil şəkildə qurmaq imkanı verilməlidir.

QAZİLER.AZ