Gilas yemək bu şəxslər üçün ölümcül ola bilər - Xəbərdarlıq

Gilas yemək bu şəxslər üçün ölümcül ola bilər - Xəbərdarlıq backend

Gilasın həddindən artıq yeyilməsi xüsusilə böyrək xəstəliklərindən əziyyət çəkən insanlar üçün ciddi sağlamlıq riskləri yarada bilər.

Qaziler.az xəbər verir ki, bunu nutrisioloq Natalya Şipareva “NEWS.ru”ya verdiyi açıqlama deyib. O, qeyd edib ki, əsas təhlükə giləmeyvənin tərkibindəki kalium miqdarı ilə bağlıdır. Sağlam orqanizm kaliumun artıq hissəsini problemsiz xaric edə bilsə də, böyrək funksiyası zəifləmiş şəxslərdə bu element qanda toplana bilər. Odur ki, mütəxəssis bir oturuma 300 qramdan çox albalı istehlak etməməyi tövsiyə edib.

“Kalium sinir impulslarının ötürülməsi və əzələlərin yığılması üçün vacib olsa da, onun qanda həddindən artıq yüksəlməsi hiperkaliemiya vəziyyətinə səbəb olur. Bu vəziyyət əzələ zəifliyi və ürək ritminin ciddi pozulması kimi ağır fəsadlarla nəticələnə bilər. Bu risk xüsusilə xroniki böyrək çatışmazlığı olan xəstələr, yüksək qan təzyiqi əleyhinə müəyyən dərmanlar qəbul edənlər və şəkərli diabetdən əziyyət çəkənlər üçün aktualdır. Sağlam insanlar üçün gilasın bir qədər çox yeyilməsi təhlükəsiz hesab olunur, lakin hər hansı bir qidanı həddindən artıq qəbul etməmək tövsiyə edilir”, - Şipareva izah edib.

QAZİLER.AZ