Mütəmadi üzüm istehlakı metabolik sindromdan əziyyət çəkənlərdə ürək sağlamlığını qoruya bilər. Əsas simptomu qarın piylənməsi və yüksək təzyiqdir.
Qaziler.az bildirir ki, topnews.in saytının məlumatına görə, alimlər müvafiq tədqiqatın nəticələrinə əsasən metabolik sindromlu kişilərdə ürək xəstəliyinin inkişafına meylli risk faktorlarının azaldığını qeyd ediblər.
Mütəxəssislərin fikrincə, üzüm istehlakı yüksək təzyiqin normallaşmasına, qan dövranı yaxşılaşmasına və iltihabın azalmasına səbəb olur. Alimlər hesab edirlər ki, üzümdə olan müəyyən təbii komponentlər (polifenollar) bu faydalı təsirdən məsuldur.
Bu təsiri müəyyən etmək üçün alimlər metabolik sindromdan əziyyət çəkən 30-70 yaş arası könüllülərin iştirak etdiyi krossover, plasebo ilə idarə olunan klinik sınaq keçiriblər. Əslində, bu tədqiqat üzümün bu xəstəlikdən əziyyət çəkən insanların sağlamlığına müsbət təsirini təsdiqləyən ilk tədqiqat idi.
QAZİLER.AZ



