Hər gün tum çırtlayanların nəzərinə: hansı problemlər yarana bilər?

Hər gün tum çırtlayanların nəzərinə: hansı problemlər yarana bilər? backend

Tez-tez tum çırtlayan insanlar diş minasının zədələnməsi, onun yüksək həssaslığı və mikroçatların yaranması problemi ilə qarşılaşa bilərlər.

Qaziler.az xəbər verir ki, bu barədə "Gazeta.Ru"ya müsahibəsində stomatoloq Pavel Lısenkov xəbərdarlıq edib. O bildirib ki, günəbaxan tumlarının bu üsulla istehlakı diş ətinin və ağız boşluğunun selikli qişasının travma alması riskini yaradır.

"Əsas təhlükə tumların özü ilə deyil, məhz onların istehlak edilmə üsulu ilə bağlıdır. İnsanların əksəriyyəti tumun qabığını ön dişləri ilə sındırır və bununla da mina qatına daimi mexaniki yük yaradır. Bu hərəkət müntəzəm olaraq təkrarlandıqda mikroçatların, qırıqların yaranmasına və dişin bərk toxumalarının tədricən nazilməsinə gətirib çıxara bilər", — deyə Lısenkov izah edib.

O qeyd edib ki, dişlərində yüksək həssaslıq, gizli mina çatları və kariyes olan insanlar daha çox risk qrupundadırlar. Belə ki, həkim tumları əllə təmizləməyi tövsiyə edib. Çünki bu üsul bütün riskləri azaldacaq.

O, həmçinin hər belə qəlyanaltıdan sonra ağız boşluğunu yaxalamağı məsləhət görüb. Əks halda, qabıq qalıqları və qida hissəcikləri dişlərin arasında qalaraq bakteriyaların çoxalması üçün şərait yaradacaq.

QAZİLER.AZ