Orqanizmə zərər vermədən necə arıqlamaq olar?

Orqanizmə zərər vermədən necə arıqlamaq olar? backend

Pəhriz saxlamamaqla, orqanizmə zərər vermədən də arıqlamaq mümkündür.

Qaziler.az xarici mətbuata istinadən fərqli arıqlama üsullarını təqdim edir:

Hərəkətdə olun. Gündə cəmi 30 dəqiqə fiziki fəaliyyətlə məşğul olmaq bioloji yaşınızı əhəmiyyətli dərəcədə azalda bilər. Həftədə 200 dəqiqə idmanla məşğul olmaq sizi 10 il daha gənc göstərəcək.

Sobada bişmiş balıq yeyin. Yağlı balıqlarda olan dəyərli omeqa-3 turşularını qorumaq üçün balığı sobada bişirmək və ya qaynatmaq ən yaxşısıdır. Diş ətlərinizi də unutmayın. Dişlərinizin arasını təmizləməsəniz, bakteriyalar ağzınızda çoxala bilər ki, bu da diş ətlərinin qanamasına səbəb ola bilər. Bu bakteriyalar qan dövranına daxil olduqda, hətta ürək xəstəliyinə səbəb ola bilər.

Daha tez-tez yeyin. Gündə altı dəfə az-az yemək yeyənlər xolesterollarını 5% azaldır. Həmçinin, yağlı və şirin qidalardan çəkinməyə və gündəlik rasionu 2000 kkal-dan aşağı saxlamağa çalışın.

Çəki yox, sağlamlıq. Dieta orqanizm üçün stresdir. Bundan əlavə, daimi qida məhdudiyyəti psixi vəziyyətinizə mənfi təsir göstərir. Əgər arıqlamağa çalışırsınızsa, amma uğursuz olursunuzsa, prioritetlərinizi yenidən müəyyənləşdirin. Artıq çəkiyə deyil, sağlamlığınıza diqqət yetirin. Fiziki cəhətdən aktiv insanlar, hətta artıq çəkili olsalar belə, daha uzun yaşayırlar.

QAZİLER.AZ