Arıların yox olması təbiəti dəyişəcək – Alimdən həyəcan siqnalı

 Arıların yox olması təbiəti dəyişəcək –  Alimdən həyəcan siqnalı backend

Həm ev, həm də vəhşi arı populyasiyasının azalmasının ekosistemə olan fəsadları dörd mərhələli kaskad şəklində inkişaf edir.

Qaziler.az xəbər verir ki, bu barədə “Qazeta.Ru”ya Sankt-Peterburq Dövlət Baytarlıq Təbabəti Universitetinin (SPbGUVM) Biologiya, ekologiya və histologiya kafedrasının dosenti, bioloq Pavel Amosov məlumat verib.

“İlk növbədə entomofil (həşəratlar vasitəsilə tozlanan) bitkilərin sayı azalır. Bunun ardınca, həmin bitkilərin meyvə və toxumları ilə qidalanan fitofaqların - quşlardan tutmuş iri məməlilərə qədər ot yeyən heyvanların sayı aşağı düşür. Daha sonra isə bütün trofik zəncir - orqanizmlərin qidalanma zənciri pozulur. “Nature Communications” jurnalında dərc olunan modelləşdirmə göstərir ki, tozlandırıcıların tamamilə yox olması on il ərzində biomüxtəlifliyi 15–20% azalda bilər”, — deyə Amosov bildirib.

QAZİLER.AZ