Təzyiqi olanlara şad xəbər: Acı bibərin gizli faydası üzə çıxdı

Təzyiqi olanlara şad xəbər: Acı bibərin gizli faydası üzə çıxdı backend

Xançjou Tibb Kollecinin alimləri müəyyən ediblər ki, acı bibər və onun əsasında hazırlanan məhsullar qan təzyiqini aşağı sala və ürək ritmini yavaşlada bilər.

Qaziler.az xəbər verir ki, araşdırmanın nəticələri "Food & Function" (F&F) jurnalında dərc olunub.

Tədqiqatçılar bibərə acılıq xüsusiyyəti verən maddələrin — kapsaisinoidlərin təsirinə həsr olunmuş 14 klinik araşdırmanın məlumatlarını təhlil ediblər. Eksperimentlərdə iştirakçılar qırmızı bibər tozu, bibər şirəsi, fermentləşdirilmiş qoçucanq pastası, həmçinin bibər ekstraktı olan xüsusi əlavələr qəbul ediblər.

Ümumilikdə, tədqiqatın müəllifləri istiotun tərkibində əhəmiyyətli hipotenziv (təzyiqsalıcı) təsir aşkar etməyiblər. Lakin detallı şəkildə nəzərdən keçirdikdə maraqlı bir qanunauyğunluq üzə çıxıb: 12 həftədən çox davam edən tədqiqatlarda diastolik ("aşağı") qan təzyiqində kiçik, lakin statistik cəhətdən əhəmiyyətli bir azalma, orta hesabla 0,8 mm civə sütunu azalma müşahidə edilib.

Əldə olunan nəticələr acı bibərin ürək-damar sisteminə potensial təsirini göstərir. Müəlliflər istisna etmirlər ki, uzunmüddətli qəbul və ya dozanın tənzimlənməsi zamanı kapsaisinoidlər daha qabarıq təsir göstərə bilər. Lakin qəti nəticələr çıxarmaq üçün daha uzunmüddətli və genişmiqyaslı tədqiqatlara ehtiyac var.

QAZİLER.AZ