Uşaqlar üçün günlük çiyələk norması nə qədərdir?

Uşaqlar üçün günlük çiyələk norması nə qədərdir? backend

 

Valideynlər uşaqlara gündə 150 qramdan çox çiyələk verməməlidir.

Qaziler.az xəbər verir ki, bu barədə "NEWS.ru" saytına bioloq Vitali Napolov məlumat verib. O qeyd edib ki, böyüklər üçün bu norma bir qədər çoxdur, lakin onun da aşılması tövsiyə edilmir.

"Ən yetişmiş və şirin çiyələk adətən mövsümün qızğın vaxtında satılmağa başlayır. Bizim iqlim zonasında bu giləmeyvənin əsas hissəsi mayın sonu – iyun aylarında yetişir. Bu meyvələri həddindən artıq yemək olmaz. Böyük insan üçün günlük çiyələk norması gündə 200 və ya 300 qramdır. Uşaqlar üçün isə bu göstərici 100–150 qram təşkil edir. Uşağa çiyələyi iki-üç ədəd verməklə başlamaq daha yaxşıdır. Sonra isə hər hansı allergik reaksiyanın yaranıb-yaranmayacağını müşahidə etmək olar", — deyə Napolov bildirib.

QAZİLER.AZ