Qidaların vakuum paketləməsi ilə bağlı xəbərdarlıq

Qidaların vakuum paketləməsi ilə bağlı  xəbərdarlıq backend

Məhsullar düzgün vakuum edilmədikdə onlarda təhlükəli bakteriyalar inkişaf edə bilər.

Qaziler.az bildirir ki, bu barədə "Podmoskovye seqodnya" internet nəşrinə diyetoloq Olqa Redina məlumat verib. O, göbələkləri, çiy əti və istiot tərkibli məhsulları vakuum paketləməməyə çağırıb.

"Həmçinin təzə xiyar, pomidor, qabaq və digər sulu tərəvəzləri vakuum etmək tövsiyə olunmur, çünki onlar dadını və formasını tez itirərək püre halına gəlir”, — deyə Redina bildirib.

Diyetoloq vurğulayıb ki, vakuum paketləmədən əvvəl məhsulları yaxşıca yumaq və qablaşdırmazdan əvvəl qurutmaq və dondurmaq lazımdır. Onun sözlərinə görə, məhsulların təkrar dondurulması da yolverilməzdir.

QAZİLER.AZ