Hantavirus hələ insan qan dövranına uyğunlaşmayıb - Virusoloqun İZAHI

Hantavirus hələ insan qan dövranına uyğunlaşmayıb - Virusoloqun İZAHI backend

Dünyada müşahidə olunan hantavirus epidemiyasının pandemiyaya çevrilmə ehtimalı çox azdır.

Qaziler.az xəbər verir ki, bu sözləri Seçenov Universitetinin Tibbi Parazitologiya İnstitutunun direktoru, tibb elmləri doktoru, virusoloq Aleksandr Lukaşev "Gazeta.Ru"ya müsahibəsində deyib. O qeyd edib ki, hantavirus hələ də insan orqanizminə uyğunlaşa və "sahibini dəyişə" bilməyib.

"Hantavirus epidemiyasının pandemiyaya çevrilməsi ssenarisi son dərəcə ehtimallı görünmür. Çünki koronavirusun çox yaxın keçmişdə ən azı altı dəfə heyvanlardan insanlara keçdiyi məlumdur. Yəni onun üçün sahibini dəyişmək və yeni sahibdə — insanda möhkəmlənmək yaxşıbir xüsusiyyətdir. Hantaviruslar isə əksinə siçan viruslarıdır. Hantaviruslar, ölkəmiz də daxil olmaqla, insanları tez-tez yoluxduran siçan viruslarıdır. Lakin, çoxsaylı təcrid olunmuş yoluxma hallarına baxmayaraq, onlar hələ insan qan dövranına uyğunlaşmayıb və heç vaxt böyük epidemiyalara səbəb olmayıb. Buna görə də, hantavirusun yaratdığı pandemiya ssenarisi çox az ehtimal olunur", - deyə o bildirib.

QAZİLER.AZ