İstehlakçılar vitamin baxımından meyvələri qurutmaq əvəzinə dondurmağı üstün tuturlar. Çünki dondurularaq saxlanılan qidalarda A, B, C vitamini baxımından qida dəyəri yüksək olur. Aile.lent.az türkiyəli mütəxəssislərin dondurulan qidaların üstünlükləri ilə bağlı fikirlərini təqdim edir.
Günəş şüaları qurudulan meyvə və tərəvəzlərin tərkibindəki bəzi vitaminləri itirir. Dondurulmuş qidalar isə vitamin zənginliyini qoruyub saxlaya bilir. Heç təsadüfi deyil ki, qədim zamanlarda qida məhsullarının qurudularaq saxlanması üsulu bugünümüzədək gəlib çatıb. Sonralar qurudulan qidalarda mikroorqanizmin azalması da müşahidə edilib.Qidaların qurudulması günəş şüaları altında, soba və isti havalarda həyata keçirilir. Bu qurutma üsullarının hər biri meyvə və tərəvəzlərə qida dəyərinə müxtəlif cür təsir edir. Qurudulmuş meyvələrin tərkibindəki potasium, kalsium, maqnezium, dəmir kimi minerallar bu baxımdan itkiyə səbəb olur. Belə ki, meyvə və tərəvəzlərin suyu quruduğu üçün minerallar az qalır, üstəlik, günəş şüaları qurudulma zamanı vitamin itkisinə gətirib çıxarır.
Qurutmayın, dondurun!
Qurudulmuş meyvə və tərəvəzlərdə mineral itkisi tamamilə yaşanmır, lakin C vitamini itkisi əsas problemdir. Çünki C vitamini ən həssas vitamindir. B qrupu vitaminlərinin itki dəyəri isə günəş altında nə qədər qalıb-qalmamasından asılı olaraq dəyişir. Günəşdən başqa digər qurudulma üsullarında A, B, C vitamini itkisinə az rast gəlinir. Buna görə də istehlakçılar vitamin baxımından qurudulma əvəzinə dondurulma üsulunu üstün tuturlar. Dondurularaq saxlanılan məhsullarda A, B, C vitamini baxımından qida dəyəri yüksək olur.
Qurudulmuş meyvələrdə şəkər nisbəti çoxdur
Vitamin itkilərinə baxmayaraq qurudulmuş meyvə və tərəvəzlər enerjiverici xüsusiyyətinə görə yeyilir. Lif faizi yüksək olan quru meyvə və tərəvəzlər bağırsaqların işləməsi baxımından lazımlıdır. Quru ərik, üzüm, qaysı və əncir bu baxımdan əhəmiyyətli qidalardır. Quru üzümdə dəmir faizi yüksəkdir, əncir isə kalsium baxımından zəngindir. Qurudulmuş meyvələri idmançılar, məktəb yaşlarında uşaqlar, xüsusən də işləyənlər yeyə bilərlər. İşləyən insanlar masalarında quru üzüm, qaysı, əncir, ərik saxlamalıdırlar. Qurudulmuş meyvələrdə şəkər faizi çoxdur və qan şəkərini yüksəldə bilər. Buna görə də miqdar çox vacibdir. Bu cür meyvələrdə potasiumun miqdarı çox yüksək olduğu üçün xroniki böyrək çatışmazlığı olan xəstələr diqqətlə yeməlidirlər.