Gündüz 20 dəqiqədən çox yatmaq olmaz - Somnoloq

Gündüz 20 dəqiqədən çox yatmaq olmaz -  Somnoloq backend

Yetkin insanın gündüz vaxtı 20 dəqiqədən çox yatmaması məsləhətdir.

Qaziler.az xəbər verir ki, bunu somnoloq Pavel Kudinov NSN-ə bildirib.

Onun sözlərinə görə, belə bir istirahət məhsuldarlığı artıra bilər.

"Gündüz yuxululuğu təhlükəli ola bilər. Yuxuda tənəffüsün dayanması halları mövcuddur. Gecə vaxtaşırı nəfəs almadığımız üçün beyin dincələ bilmir və insan sanki heç yatmayıbmış kimi oyanır. Gündüz yuxululuğu o zaman yaranır ki, səkkiz saatlıq yuxu əvəzinə cəmi üç-dörd saat yatırıq. Gündüz yuxusu 15–20 dəqiqə hüdudlarında mümkündür. Bu, iş qabiliyyətini və diqqət konsentrasiyasını artıra bilər", — deyə Kudinov qeyd edib.

QAZİLER.AZ