Əzələlərdə zəiflik, fiziki yük olmadan başın tərləməsi və tez-tez soyuqdəymə orqanizmdə ciddi D vitamini çatışmazlığının göstəricisi ola bilər.
Qaziler.az xəbər verir ki, bu barədə terapevt Zarema Ten "NEWS.ru" saytına bildirib.
Onun sözlərinə görə, bu simptomlar "günəş" hormonunun çatışmazlığının ilkin siqnallarıdır.
"D vitamini - “günəş” hormonudur. O, kalsiumun mənimsənilməsinə, immunitetə, əhval-ruhiyyəyə və əzələ gücünə cavabdehdir. Onun təsiri steroid hormonlarına bənzəyir. D vitamini çatışmazlığının ilkin siqnalları hansılardır? Bunlar sümüklərdə sızıldayan ağrılar (xüsusən baldır və ya döş sümüyünə təzyiq edərkən), pilləkənlə qalxarkən təngnəfəslik yaradan əzələ zəifliyi, qış depressiyası, tənəffüs yollarının tez-tez yoluxan infeksiyaları və başın tərləməsidir”, - deyə Ten izah edib.
QAZİLER.AZ



