Britaniyalı alimlər bitki mənşəli südün uşaqlar üçün riskləri barədə xəbərdarlıq ediblər

Britaniyalı alimlər bitki mənşəli südün uşaqlar üçün riskləri barədə xəbərdarlıq ediblər backend

Məşhur süd alternativləri - soya və yulaf içkiləri -  şəkərin çox olmasına, kalsium və B12 vitamininin çatışmazlığı səbəbindən uşaqlar üçün kifayət qədər qidalı olmadığı sübut edilmişdir.

Qaziler.az xarici mətbuata istinadən xəbər verir ki, Britaniya alimləri bu nəticəyə gəliblər.

Tədqiqata görə, bir stəkan soya içkisində (təxminən 350 ml) 30 qrama qədər şəkər, bir stəkan yulaf içkisində isə təxminən 21 qram şəkər ola bilər.

Journal of the BSACI.-də dərc olunan bir araşdırmaya görə, bu, iki-üç yaşlı uşaqlar üçün tövsiyə olunan gündəlik qəbulu, yəni təxminən 14 qramı üstələyir.

"Bu cür məhsulların müntəzəm istehlakı ilə artıq şəkər ayda 480 qramdan çox ola bilər", - alimlər bu fikirdədir.

Böyük Britaniyadan olan həkimlər və diyetoloqlar beş yaşdan kiçik uşaqların pəhrizinə bitki mənşəli içkilərin daxil edilməməsini tövsiyə edir və piylənmə, diş çürüməsi və qida çatışmazlığı riskinin artması barədə xəbərdarlıq edirlər.

QAZİLER.AZ