İnsanı xoşbəxt və rahat edən hormon: nə vaxt yaranır?

İnsanı xoşbəxt və rahat edən hormon:  nə vaxt yaranır? backend

Sevinc və balans hisslərinə cavabdeh olan hormon serotonindir.

Qaziler.az xəbər verir ki, bu sözləri həkim-diyetoloq Yelena Solomatina "Radio 1"ə müsahibəsində bildirib.

O izah edib ki, bu hormon triptofan amin turşusundan hasil olunur.

"Serotonin bizə dərin məmnunluq, dinclik və təhlükəsizlik hissi bəxş edən hormondur. Biz bunu dadlı yeməkdən (xüsusilə mürəkkəb karbohidratlardan), yaxşı cinsi əlaqədən sonra və ya səmimi bir mühitdə hiss edirik. Serotonin sanki bizə 'hər şey qaydasındadır, rahatlaşmaq olar' deyir", — deyə Solomatina bildirib.

Həkim vurğulayıb ki, triptofanı karbohidratlı qidalardan əldə etmək mümkündür. Onun sözlərinə görə, bu maddə həmçinin hind quşu əti, qəhvəyi düyü, istiridyə göbələyi (veşenka), pomidor və fermentləşdirilmiş məhsulların tərkibində də var.

QAZİLER.AZ