Stresslə mübarizədə fərqli ÜSUL

Stresslə mübarizədə fərqli ÜSUL backend

Qaşarası nahiyədəki əzələlərin boşaldılması depressiya ilə mübarizədə kömək edə bilər və əhval-ruhiyyəyə müsbət təsir göstərər.

Qaziler.az xəbər verir ki, bu məsləhəti kosmetoloq-dermatoloq Natalya Ryaxovskaya “NEWS.ru”ya açıqlamasında verib.

Onun sözlərinə görə, insanın emosional fonu ilə mimikası bir-biri ilə sıx bağlıdır.

"Bizim əhvalımızla üz ifadəmiz göründüyündən çox sıx əlaqədədir. Amerikalı tədqiqatçılar maraqlı bir qanunauyğunluğa diqqət yetiriblər. Depressiv vəziyyətdə olan pasiyentlərdə müəyyən mimik əzələlər, xüsusən də qaşarası zona boşaldıqdan sonra emosional rifahda müəyyən yaxşılaşma müşahidə olunur", — deyə Ryaxovskaya deyib.

O izah edib ki, üz əzələləri gərginlik, qaşqabaq və ya narahatlıq siqnallarını ötürməyi dayandırdıqda, emosional vəziyyət sabitləşməyə başlayır. Kosmetoloqun sözlərinə görə, beyin bu rahatlığı "hiss edir" və stressdən azad olur.

“Vurğulamaq vacibdir ki, bu, yalnız bir elmi müşahidədir, qəti tibbi tövsiyə deyil. Üz ifadələri və emosiyaların iki tərəfli şəkildə əlaqəli olması çoxsaylı tədqiqatlarla təsdiqlənir”, - deyə mütəxəssis fikirlərini tamamlayıb.

QAZİLER.AZ