Bu insanlara kabab yemək olmaz - Həkimdən xəbərdarlıq

Bu insanlara kabab yemək olmaz - Həkimdən xəbərdarlıq backend

“Qaraciyər və mədə-bağırsaq traktı xəstəlikləri olan pasiyentlərə kabab yemək olmaz”.

Qaziler.az xəbər verir ki, bu sözləri Tibb elmləri doktoru, professor, inteqrativ və anti-yaş təbabəti üzrə mütəxəssis Svetlana Kanevskaya "Çempionat" portalına bildirib. O qeyd edib ki, istənilən xroniki xəstəliyi olan insanlar bu yeməyə ehtiyatla yanaşmalıdırlar.

“Ümumiyyətlə, xroniki xəstəlikləri olan pasiyentlər mövsümi pikniklərdən əvvəl rasionlarını həkim ilə müzakirə etməlidirlər. Bəzən yağlı əti balıq və ya quş əti ilə əvəz etmək və porsiyanı kəskin şəkildə məhdudlaşdırmaq kifayət edir, bəzən isə kababdan tamamilə imtina etmək daha ağlabatandır”, — deyə Kanevskaya bildirib.

Həkim vurğulayıb ki, əsas təhlükə ətin yanmış qabığındadır. Bu cür bişirilmə zamanı orada kanserogen birləşmələr yaranır. Onun sözlərinə görə, yeddi-səkkiz yaşınadək kiçik uşaqlara kabab yalnız nadir hallarda və kiçik porsiyalarla verilə bilər.

QAZİLER.AZ