Qəhvə hansı vaxtlarda təhlükəli içkiyə çevrilir? - Kardioloq məsləhəti

Qəhvə hansı vaxtlarda təhlükəli içkiyə çevrilir? -  Kardioloq məsləhəti backend

“Qəhvədən həddindən artıq istifadə ürək döyüntülərində fasilə hissi, nəbzin sürətlənməsi və yuxu problemlərinə yol aça bilər”.

Qaziler.az xəbər verir ki, bu sözləri kardioloq Valeriya Bonadıkova "Lenta.ru"ya müsahibəsində bildirib. Həkimin sözlərinə görə, orqanizmin bu içkiyə reaksiyası dozadan, tündlükdən və içilmə vaxtından asılıdır.

“Ürək problemlərini tətikləyən əsas amil yuxudur. Əgər qəhvə yuxuya getmə vaxtını gecikdirirsə və gecə istirahətinin keyfiyyətini aşağı salırsa, yuxusuzluq səbəbindən təzyiq və ümumi əhval tez-tez pisləşir. Ümumi sxem belədir: yorğunluğu kofeinlə kompensasiya edirlər, yuxu daha da pisləşir, səhər isə qəhvəyə olan tələbat yenidən artır. Bu döngə simptomlara qarşı həssaslığı artırır”, — deyə Bonadıkova qeyd edib.

Həkimin fikrincə, qəhvənin rasionda olub-olmaması ürək-damar xəstəliklərinin profilaktikasında ikinci dərəcəli rol oynayır. İnfarkt və insult riskini azaltmaq üçün ilk növbədə təzyiqi, şəkər və xolesterin səviyyəsini nəzarətdə saxlamaq, siqaretdən imtina etmək, mütəmadi idmanla məşğul olmaq, çəkiyə diqqət yetirmək və kifayət qədər yatmaq lazımdır.

QAZİLER.AZ