Rusiyalı dietoloq Solntseva ətdən imtina etməklə dəmir çatışmazlığı riski barədə xəbərdarlıq edib.
Qaziler.az bildirir ki, rusiyalı diyetoloq, terapevt, fəlsəfə doktoru Tatyana Solntseva aif.ru saytına verdiyi müsahibədə bildirib ki, ətdən imtina etmək dəmir, B12 vitamini və digər vacib qida maddələrinin çatışmazlığına səbəb ola bilər. Solntsevanın sözlərinə görə, heyvan zülalından imtina etmək xüsusilə qocalıqda zərərlidir.
"Yaşlılıq dövründə ətdən imtina etmək olmaz. O, təkcə tam, asanlıqla həzm olunan protein mənbəyi deyil, həm də hematopoez üçün vacib olan dəmir və B12 vitamini mənbəyidir", - həkim qeyd edib.
Onun sözlərinə görə, ət bədəndə yaşla bağlı dəyişiklikləri yavaşlatmağa və əzələ kütləsini qorumağa kömək edir. Həkim qeyd edib ki, təbii arıqlama 35-45 yaşlarında başlaya bilər.
QAZİLER.AZ



