Soyuqdəymədən xərçəngə qədər bir çox xəstəliyin qarşısını almağa kömək edən ELİKSİR

Soyuqdəymədən xərçəngə qədər bir çox xəstəliyin qarşısını almağa kömək edən  ELİKSİR backend

Sarımsağın xəstəliklərlə mübarizədə antibiotiklərdən 100 dəfə daha güclü olduğu və antivirus xüsusiyyətlərinin olduqca təsirli olduğu məlumdur. Bal, limon və qırmızı bibər də çox yaxşı "nüfuza malikdir".

Onlar birlikdə, soyuqdəymədən xərçəngə qədər bir çox xəstəliyin qarşısını almağa kömək edən əsl eliksir əmələ gətirirlər.

Aşağıdakı resept az vaxt aparır, lakin maksimum fayda verir.

Qaziler.az Preventdisease.com-a istinadən immunitet sistemini gücləndirən resepti təqdim edir:

• 1 limon
• 1-2 diş sarımsaq
• 1/8 çay qaşığı qırmızı bibər
• 1 xörək qaşığı bal

Addım 1: Limonu ikiyə bölün.

Addım 2: Limonun yarısının suyunu sıxın. Qabığını saxlayın.

Addım 3: Sarımsağı əzin və 10 dəqiqə saxlayın. Sonra onu qırmızı bibərlə birlikdə limon suyuna əlavə edin.

Addım 4: Bal əlavə edin və bütün inqredientləri yaxşıca qarışdırın.

Addım 5: Yaranan suyu limon qabığına əlavə edin və məti ilə birlikdə qəbul edin.

QAZİLER.AZ