Saçı tökülənlər oxusun: Bu hərəkət qarşısını alacaq

Saçı tökülənlər oxusun:  Bu hərəkət qarşısını alacaq backend

“Baş dərisinə yüngül və müntəzəm masaj həmin bölgədəki qan dövranını yaxşılaşdıraraq saç tökülməsi riskini azaldacaq”.

Qaziler.az xəbər verir ki, bu məsləhəti trixoloq Vera Barkova Gazeta.Ru-ya verdiyi açıqlamada deyib. O, sərt saç baxımı məhsullarından, tez-tez saç boyamasından və burmalardan çəkinməyi məsləhət görüb. Həkimin sözlərinə görə, saç tökülməsinə səbəb olan mənfi amillər iki kateqoriyaya bölünür: xarici və daxili...

“Birinci qrupa həyat tərzi daxildir: pəhriz, stress səviyyəsi, iqlim, sağlam olmayan vərdişlər və saç böyüməsi dövrünə təsir edə biləcək müəyyən dərmanların istifadəsi. Daxili amillər bədənin hazırkı vəziyyəti ilə, yəni keçmiş xəstəliklər, hormonal disbalans, anemiya, vitamin və mineral çatışmazlığı ilə bağlıdır”, - Barkova qeyd edib.

O əlavə edib ki, erkən diaqnoz saç tökülməsinin qarşısını almaqda böyük rol oynayır. Vurğulalyıb ki, ailəsində keçəlliyə meylli olan insanlar mütəmadi olaraq trixoloq və ya dermatoloqa müraciət etməlidirlər.

QAZİLER.AZ