Yaşlanmanı gecikdirən qida: menyunuza daxil edin -QARA DÜYÜ

Yaşlanmanı gecikdirən qida: menyunuza daxil edin -QARA DÜYÜ backend

Son dövrlər marketlərdə gördüyümüz qara düyü xüsusən də qida dəyərinin yüksək olması baxımından ən çox seçilən ərzaqlardandı. Aile.lent.az ağ düyüdən qat-qat yararlı olan qara düyünün faydalarından yazacaq.

Qara düyü qida dəyəri yüksək, maqnezium və dəmir baxımından zəngin lif və mineral deposudur. Qara düyü ağ düyüyə nisbətən daha çox maqnezium tərkibli olduğundan sümük, sinir toxuması, əzələlərin işləməsi və ürək sağlamlığı üçün vacibdir. Maqnezium hüceyrələrin enerji istehsalında da rol oynayaraq bədənin enerji səviyyəsini artırır, immunitet və sinir sistemini qüvvətləndirir.

Qara düyünün ağ düyüdən digər fərqi antioksidan dəyərinin yüksək olmasıdır. Antioksidanlar bədənin immunitet sistemini qüvvətləndirir, yaşlanmanın mənfi təsirlərini və qırışları azaldır.

Rənginin antosianinlər, sianidin, 3-0-beta qlükositdən, ətrini də xüsusən asetil pirolindən alan qara düyü üzərində işlənməmiş qida olduğu üçün təbii və qatqısızdır. DNA fəsadlarının azalmasında təsirlidir. Xüsusən də lif və mineral zənginliyi baxımından yüksək olan qara düyü vegeterianların ən populyar və sevimli yeməyidir. Tərkibində şəkərin miqdarı da azdır.

Amerikanın elm adamları 1 qaşıq qara düyünün 1 qaşıq böyürtkən və ya çöl böyürtkənindan daha artıq antioksidan, lif və E vitamini tərkibli olduğunu sübut ediblər. Qara düyü bu meyvələrə nisbətən daha az şəkərlidir. Antioksidanlar bədəndəki zərərli molekulları əmir və yaşlanmanı yavaşladır. Qara düyü antioksidan və maqnezium baxımından zəngindir. Tədqiqatçılar qara düyü və ya bundan alınan kəpəyin səhər yeməklərində, şirniyyatlarda və gündəlik həyatımızda ən çox yediyimiz qidalara əlavə edilməsinin faydalı olduğunu bildirirlər.


Qara düyü plovunun resepti:

1 stəkan qara düyü, 3 stəkan su, 1 qaşıq kərə yağı, çox az duz

Düyünü yuyun, 20-30 dəqiq suda saxlayın. Qazana yağı tökün, sonra düyünü əlavə edərək qovurun. Ağ düyü plovu kimi yaxşı-yaxşı qovurmağa ehtiyac yoxdur. Üzərinə 3 stəkan su tökün, duz atın və qaynamağa qoyun. Ağzını örtün və az odda adi plova nisbətən çox bişirin. Daha sonra dəmə qoyun.

Qara düyü salatının resepti:

1 stəkan qara düyü, 3 stəkan su, 1 kiçik kasa xiyar turşusu, 1 stəkan konservləşdirilmiş qırmızı lobya, 1 qutu konservləşdirilmiş qarğıdalı, 12 ədəd yaşıl soğan, 2 dənə qırmızı bibər, 2 dənə kök, 10 dənə balaca pomidor

Sous üçün:

1 limon suyu, 3 yemək qaşığı zeytun yağı, 2 yemək qaşığı nar şərabı, 1,5 çay qaşığı qara bibər, 2 çay qaşığı duz

Hazırlanması:

Düyünü yuyun, 3 stəkan suda qaynadın, bişdikdən sonra soyuq suda yuyub süzün. Yaşıl soğanları incə-incə doğrayın, xiyarları yumru-yumru doğrayın, qırmızı bibər və bir az qaynadılmız kökləri də bu formada doğrayın. Qarğıdalı və lobyanı da yaxşıca yuyub süzün. Sous üçün qidaları da yaxşıca qarışdırın. Bütün qidaları bir yerə yığıb qarışdırın. Qablara verən zaman pomidorları da əlavə edin.
Diaspora